TOPLANTI və ŞİKAYƏT: Legionerlər gətirməsək, komandanı düzəltmək mümkün deyil

29 İyul 2022 23:00 Şamaxı 926
TOPLANTI və ŞİKAYƏT: Legionerlər gətirməsək, komandanı düzəltmək mümkün deyil

“Şamaxı”nın de-fakto baş məşqçisi olan Cavid Hüseynov nəvbəti dəfə klub rəhbərliyi ilə görüşüb.

Toplantıda komandanın carı problemləri və yeni mövsümə hazırlığı ətrafında müzakirələr aparılıb.

Gənc mütəxəssis heyəti formalaşdırmağa çətinlik çəkdiyini, büdcə azlığı səbəbindən ortabab yerli futbolçuları belə, düşərgəyə cəlb edə bilmədiyini söyləyib.

O. demək olar hər mövqedə çatışmazlıqların olduğunu diqqətə çatdırıb. Hüseynov bildirib ki, legionerlər gətirmədən komandanı normal şəkildə gücləndirmək qeyri-mümkündür.

Hüseynov bu vəziyyətə dözməyə məhkumdur. Minimum bu ilin sonunadək.

Əvvəla onu “Şamaxı”ya AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov göndərib. İkincisi, klub rəhbərliyi əsas diqqəti bazalaşmaya yönəldib.

Şamaxı İcra Hakimiyyəti (İH) eyniadlı klub üçün rayon ərazisində torpaq sahəsi ayırıb. Həmin ərazi baza və meydançaların tikintisi üçün nəzərdə tutulub.

Redaksiyamıza verilən məlumata görə, tezliklə burada inşaata başlanacaq. Böyük layihə yerli İH və AFFA-nın köməyi ilə həyata keçiriləcək.

Həmçinin rayonda fəaliyyət göstərən şirkətlər və iş adamları da prosesə cəlb olunacaq. Tikintinin 1,5-2 il ərzində başa çatdırılması planlaşdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti