"Şamaxıdan 100 faiz futbolçu çıxacaq" - İspaniyada oynamış hücumçu

25 Aprel 2022 16:20 Şamaxı 588
"Şamaxıdan 100 faiz futbolçu çıxacaq" - İspaniyada oynamış hücumçu

“Üç aydan çoxdur burdayam. Çətin də olsa iş gedir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan futbolunun veteranı Vəli Qasımov deyib.

Vaxtilə İspaniyada legioner həyatı yaşamış, hazırda isə Şamaxı futbol məktəbinin koordinatoru olan keçmiş hücumçu arena və klub barədə danışıb:

“Burada futbol və güləşə maraq olub. Bu gün də futbola olan maraq artıb. Əvvəl region səviyyəsində olub. Hər məşq zamanı yeni uşaqlar qoşulur.

Artıq 150-dən çox uşaq məşq keçir. Onlara baxmaq da çətindir. Amma iş gedir.

Balacalar artırır, orta yaş qruplarında bir az əziyyət çəkir. Amma 100 faiz Şamaxıdan futbolçu çıxacaq”.

Digər Xəbərlər
Xəbər Lenti