Böyükhesablı məğlubiyyət olsa, istefa ərizəni yaz!

13 İyul 2021 22:20 Şamaxı 1 782
Böyükhesablı məğlubiyyət olsa, istefa ərizəni yaz!

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanovun qarşısına maraqlı, bir qədər də qəribə vəzifə qoyulub.

Ölkə kubokunun son sahibi Konfrans Liqasında “Soçi”yə böyük hesabla uduzmamalıdır.

Sabiq “bankirlər” iyulun 22-də "Fişt" stadionunda Rusiya klubunun qonağı olacaq. Saat 20:00-da başlanacaq qarşılaşmanı albaniyalı hakimlər briqadası idarə edəcək.

Bu ilin əvvəlindən etibarən paytaxt təmsilçisində işə başlayan Qurbanov onunla bağlı verilən qərardan xəbərdardır.

Əgər “Keşlə” qonşu ölkədə irihesablı məğlubiyyətlə üzləşsə, o, istefaya göndəriləcək və komandanı cavab oyununa onun köməkçiləri Zaur İsmayılovla Azər Bağırov hazırlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti