Moldova mətbuatı Bakı klubundan bu məlumatı yaydı

5 May 2021 11:58 Şamaxı 1 616
Moldova mətbuatı Bakı klubundan bu məlumatı yaydı

“Keşlə”nin legioneri Yevgeni Koçuk son turlarda, böyük ehtimalla, komandasına kömək etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Moldova mətbuatı məlumat yayıb.

İki həftə əvvəl Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə ilk görüşündə zədələnən moldovalı yarımmüdafiəçinin Premyer Liqanın son 3 turunu buraxması gözlənilir.

Buna səbəb kimi, mövsümün sonuna çox az vaxtın qalması və 27 yaşlı orta sahə oyunçusunun bərpa prosesinin sürətli getməməsi göstərilib.

Koçukun ölkə kubokunun mayın 24-də “Sumqayıt”la keçiriləcək final matçında iştirakı da sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti