"Keşlə" xilas oldu - FOTOLAR

27 Aprel 2021 11:00 Şamaxı 510
"Keşlə" xilas oldu - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Səbail"lə qarşılaşıb.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Keşlə" son pillədən xilas olub və 6-cı sıraya yüksəlib. 21 xalı olan "Səbail" isə 7-ci pilləyə geriləyib.

Digər Xəbərlər
Xəbər Lenti