"Neftçi"dən heç bir futbolçunu istəməmişik"

11 Yanvar 2021 17:40 Şamaxı 879
"Neftçi"dən heç bir futbolçunu istəməmişik"

«Biz bu futbolçuları icarəyə götürmək üçün «Neftçi»yə müraciət etməmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ceyhun Sultanov deyib.

O, sabiq klubundan Fəhmin Muradbəyli və Saman Nəriman Cahana dəvət göndərmədiklərini bildirib.

Ötən ilin noyabrında «Neftçi»dən istefa verən, bir müddət sonra «Keşlə»də işə başlayan funksioner sostal şəbəkədə yayılan məlumatların şayiədən başqa bir şey olmadığını söyləyib:

«Onlarla heç bir təmas qurmamışıq. «Neftçi»yə lazım olub-olmadıqlaarını da deyə bilmərəm. Bu, onların daxil işidir.

Açığı, qarışdakı günlərdə yerli futbolçu dəvət etməyimiz real görünmür. Olsa, kənardan legioner gətirəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti