Kiyev "Dinamo"sunun sabiq hücumçusu Azərbaycan klubundan göndərilir

20 Oktyabr 2023 11:40 Zirə 2 418
Kiyev "Dinamo"sunun sabiq hücumçusu Azərbaycan klubundan göndərilir

Bu ilin yanvarından “Zirə”nin formasını geyinən Vladislav Kulaç qış fasiləsində Azərbaycanı tərk edə bilər.

Qəsəbə təmsilçisi ukraynalı hücumçu ilə yolları ayırmaq niyyətindədir.

«Qartallar» 1,5 illik müqavilə imzaladığı 30 yaşlı legionerin çıxışından narazıdır.

Tez-tez zədələnən və məhsuldarlığı aşağı olan forvard zirəlilərin gələcək planlarına daxil deyil. Tərəflər maliyyə şərtlərində anlaşa bilsə, onun kontraktına 6 ay qabaq xitam veriləcək.

Kulaçın son klubu “Dinamo”su (Kiyev) olub. O, həmçinin ölkəsində “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyədə “Eskişehirspor” və Macarıstanın “Honved”də çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti