Rəşad Sadıqov əcnəbi həmkarını nəyə məcbur etdi?

5 Aprel 19:40 Zirə 480
Rəşad Sadıqov əcnəbi həmkarını nəyə məcbur etdi?

Mövsümün elə bir bölümünə gəlmişik ki, "Qarabağ" xaric, digərləri üçün hər matç "6 xallıq" oyun əhəmiyyəti daşıyır.

Klubların məramı ən azı uduzmamaqdır.

Qələbənin isə dəyəri qiymətsizdir.

Baxımlı oyun, məzmunlu futbol, bol qol imkanları daha heç kimə maraqlı deyil.

Mövsümün əvvəli, ortası bu müzakirələr üçün açıq idi.

Amma indi əhəmiyyətli olan avrokuboklar üçün lazım olan mövqedə mökəmlənməkdir. Və ya Premyer Liqada yerini qorumaq.

"Zirə" bu baxımdan 28-ci turu aktivinə yazdırdı deyə bilərik.

Medallar uğurunda əsas iddiaçılardan hesab olunan "Sabah"la oyunda Rəşad Sadıqovun yetirmələri yuxarıda qeyd etdiyimiz "6 xallıq" qələbəni Masazırdan apara bildi.

Düzdü, hər iki tərəf də tribunada əyləşənlər üçün baxımlı olacaq futbol ortaya qoymadı.

Hansısa tərəfin üstün olduğunu, yaxşı oynadığını iddia etmək də insafdan olmaz.

Sadəcə 3 xal üçün meydanın hər qarışında mübarizə getdi.

Həmin mübarizədə "Zirə" bir addım öndə oldu.

Bunda Ruan Renatonun 25-ci dəqiqədə vurduğu qolun da önəmi qeyd edilməlidir.

Məhz həmin qoldan sonra meydanda daha intizamlı müdafiə olunan, sürətli əks-hücumlar qurmağa çalışan "Zirə" vardısa, meydan sahiblərində bir tələskənlik, kor-koranəlik gözdən qaçmırdı. Fasilədən sonra Sadıqovun tapşırıqlarını daha dəqiq icra edən "qartallar" rəqibinə yarım qol epizodu belə vermirdi.

Belədə məntiqli hücumlar qurmaq da təbii olaraq müşkülə çevrilmiş olurdu. Bütün başvernləri əcnəbi mütəxəssis də yaxşı sezirdi. Lakin müdaxilə etməkdə aciz görünürdü. O da mövqe hücumlarının, cinah reydlərinin mənasız olmasını anlamışdı.

Bunun məntiqi nəticəsi olaraq son 10 dəqiqədə Renduliçin futbolçularından tək istəyi hansı yolla olur-olsun topu "Zirə"nin cərimə meydançasına çatdırmaq idi.

Mərkəz müdafiəçilərinin birbaşa qonaqların cərimə meydançasına ünvanladığı bütün toplar isə nəticəsiz qalınca "Sabah"ın doğma meydanda əsas rəqibinə məğlubiyyəti qaçılmaz oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU