Daha 3 azərbaycanlı bu gün DÇ-da mübarizəyə başlayır

8 Oktyabr 2021 12:00 Güləş 533
Daha 3 azərbaycanlı bu gün DÇ-da mübarizəyə başlayır

Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov təsnifat mərhələsində Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.

Murad Lokyayev (97 kq) 1/16 finalda Pontus Lundla (İsveç), Beka Kandelaki (130 kq) isə Stepan Davidlə (Çexiya) güləşəcək.

İndiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

Bu gün həmçinin digər yunan-Roma güləşçiləri Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) mundialda final görüşünə, Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Əzizli Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə) cütünün qalibi ilə, Süleymanov Roman Vlasovla (Rusiya), Hüseynov isə Burhan Akbudakla (Türkiyə) güləşəcək.

55 kq

Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Lund (Norveç) / Ekrem Öztürk (Türkiyə)

77 kq

Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya)

82 kq

Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə)

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri isə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti