COP29

Bu legioner millimizdən uzaqlaşdırıldı: ”Qərara aldım ki, əməkdaşlığa son qoyaq”

24 Avqust 2021 14:20 Digər növlər 978
Bu legioner millimizdən uzaqlaşdırıldı: ”Qərara aldım ki, əməkdaşlığa son qoyaq”

Azərbaycan Milli Karate Federasiyası yeniyetmə və gənclərdən ibarət millimizin üzvü Polina Qurenko ilə əməkdaşlıqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Yaşar Bəşirov məlumat verib:

“O artıq bir ildən çoxdur ki, milli komandamızda iştirak etmir. Sonuncu dəfə ötən ilin fevralında, Macarıstandakı Avropa çempionatında yer alıb.

İki-üç dəfə əməliyyat olunub. Zədələri milliyə kömək etməyə imkan vermir. Ona görə də qərara aldım ki, Qurenko ilə əməkdaşlığa son qoyaq”. (oxu.az)

19 yaşlı Polina Qurenko Ukraynadan milliləşdirilib. Şəxsi məşqçisi qadın millimizin çalışdırıcısı Denis Morozov olan karateçi 2018-ci ildə 14-15 yaşlılarda Avropa çempionu və 2019-cu ildə dünya çempionatının bürünc mükafatçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!