Messi tarix oldu: Yeni rekordçunu qarşılayın - MBAPPE

23 Oktyabr 2019 13:58 Çempionlar Liqası 730
Messi tarix oldu: Yeni rekordçunu qarşılayın - MBAPPE

PSJ-nin hücumçusu Kilian Mbappe 3 nominasiyada Çempionlar Liqası tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı ulduz turnirin tarixində oyuna əvəztemədən daxil olandan sonra het-trik edən 4-cü futbolçu adına yiyələnib.

Son dünya çempionu ÇL-in qrup mərhələsinin 3-cü turunun "Brügge" ilə səfər qarşılaşmasında meydana 52-ci dəqiqədə çıxıb və 3 qol vurub. Mbappeyə qədər bu ada Uve Rösler ("Kayzerslautern", 1998), Valter Pandiani ("Deportivo", 2001) və Xosebe Lyorente ("Vilyarreal", 2008) sahib çıxıblar.

20 yaş 306 günlükdə - başqa sözlə, 21 yaşı dekabrda tamam olacaq huücumçu daha bir rekorda imza atıb. O, avrokuboklar tarixində het-trik etmiş ən gənc futbolçu ünvanını qazanıb. Bunadək başqa bir fransız - Jan-Pyer Papen 1985-ci ildə ovaxtkı UEFA Kubokunda "Brügge"nin heyətində 3 qol vurarkən 21 yaşında olub.

Mbappenin başqa bir rekordu isə Lionel Messi ilə bağlıdır. Argentinalı ulduz Çempionlar Liqasında 15 qol həddinə 21 yaş 288 günlüyündə çatıb. Mbappedə isə bu göstərici 20 yaş 306 gündür.

Digər Xəbərlər
Xəbər Lenti