Premyer Liqanın 3 klubu bu məhrumiyyətlə üzləşdi

23 Fevral 16:40 Premyerliqa 997
Premyer Liqanın 3 klubu bu məhrumiyyətlə üzləşdi

Premyer Liqanın 24-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Üç komandadan cəzalı duruma düşən eyni sayda futbolçu meydana çıxmaqdan məhrumdur.

Əlavə olaraq bir məşqçi də texniki zonada yer ala bilməyəcək.

Ən ağır zərbə “Araz-Naxçıvan”la “Səbail”ə dəyib. Bu komandaların aparıcı mərkəz müdafiəçiləri həftəsonu meydana çıxmaqdan məhrum olub.

Siyahı belədir:

Adi Mehremiç ("Səbail"), İqor Ribeyro ("Araz-Naxçıvan"), Mossi Tresor ("Sumqayıt"), Vadar Nuriyev ("Araz-Naxçıvan”, məşqçi).

Fevralın 23-də “Kəpəz” - “Qəbələ”, ertəsi “Turan Tovuz” – “Neftçi”, “Səbail” – “Sabah”, ayın 25-də “Araz-Naxçıvan” – “Zirə”, “Qarabağ” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!