AÇ-nin təsnifat mərhələsində ilk qələbə - Azərbaycan yığmasından

10 Dekabr 2023 10:15 Tennis 940
AÇ-nin təsnifat mərhələsində ilk qələbə - Azərbaycan yığmasından

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində tarixində ilk dəfə qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Həcər Nuriyeva, Era Maftuha və Aysu Kərimzadə olan yığma Slovakiyaya 3:1 hesabı ilə qalib gələrək, Şotlandiya və Estoniyanın da yer aldığı qrupda üçüncü olub.

Qrupun digər oyununda Şotlandiya Estoniyanı 5:0 hesabı ilə məğlub edərək, Avropa çempionatının final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti