“Əslində ona ehtiyacım yoxdur, ancaq qazanmaq istəyi əla motivasiyadır"

23 Mart 2022 12:20 Almaniya 423
“Əslində ona ehtiyacım yoxdur, ancaq qazanmaq istəyi əla motivasiyadır"

Almaniya millisinin heyətində dünya çempionu olan, sonradan karyerasında eniş yaşayan Mario Getse yenidən əvvəlki günlərinə qayıtmağa çalışır.

Sportinfo.az xəbər verir ki, hazırda PSV-də forma geyinən yarımmüdafiəçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək arzusundadır.

Bir neçə il əvvəl futbol həyatında eniş yaşayan Mario həmyerlisi Rocer Şmidtin çalışdırdığı PSV-də yenidən özünü göstərməyi bacarıb.

Getse karyerasının sonlarında Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı xəyal edir:

“Əslində Çempionlar kubokuna ehtiyacım yoxdur. Ancaq onu qazanmaq istəyi əla motivasiyadır.

Daha əvvəl Almaniyadan kənara çıxmamışdım. İndi isə İngiltərədə, İtaliyada, İspaniyada oynamaq həvəsim yaranıb”.

Digər Xəbərlər
Xəbər Lenti