TOKİO-2020: Mariya Stadnik uduzdu

6 Avqust 2021 14:20 Paris-2024 2 356
TOKİO-2020: Mariya Stadnik uduzdu

Tokio Olimpiadasında çempionluğa əsas namizədlərdən sayılan Mariya Stadnik bu dəfə də məqsədinə çata bilməyib.

Stadnik yarımfinalda yaponiyalı Yui Susaki ilə bacarmayıb. Rəqib 11:0 hesablı qələbə ilə görüşü vaxtından əvvəl başa vurub.

Sabah Stadnik bürünc medal uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, Mariya ilk görüşdə rusiyalı Stalvira Orşuşa 11:7, 1/4 finalda tunisli Sara Həmdiyə isə 10:0 hesabı ilə qalib gəlmişdi.

SPORTİNFO.AZ

Xəbər Lenti