TOKİO-2020: Sadullayev güləşçimiz üçün medala yol açdı

6 Avqust 2021 13:52 Paris-2024 1 201
TOKİO-2020: Sadullayev güləşçimiz üçün medala yol açdı

Sərbəst güləş üzrə olimpiya çempionumuz Şərif Şərifov Tokio-2020-də bürünc medal uğrunda mübarizə aparacaq.

97 kq çəkidə çıxış edən pəhləvanımız ilk görüşdə Rusiyanı təmsil edən olimpiya, dünya və Avropa çempionu Abdulraşid Sadullayevə uduzsa da, həmin güləşçinin finala çıxması Şərifə təsəlliverici görüşlərə qatılmaq imkanı verib.

İndi Şərifov bu mərhələdə bütün görüşləri udmaqla bürünc medal qazana bilər.

SPORTİNFO.AZ

Xəbər Lenti