TOKİO-2020: Hacı Əliyev finalda!

6 Avqust 2021 13:40 Paris-2024 1 143
TOKİO-2020: Hacı Əliyev finalda!

Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Tokio Olimpiadasında finala vəsiqə qazanıb.

65 kq çəki dərəcəsində çıxış edən güləşçimiz yarımfinalda Hindistan pəhləvanı Bayran Bayranqa qalib gəlib.

İlk xalı Hindistan təmsilçisi əldə etsə də, 1-ci hissənin sonuna qədər Hacı ardıcıl 2 aşırma fəndi işlədərək hesabda üstünlük qazanıb - 4:1.

2-ci hissədə də Hacı üstünlüyünü artıraraq xalçadan 11:5 hesablı qələbə ilə ayrılıb.

Xatırladaq ki, Hacı Əliyev ilk görüşdə seneqallı Adam Diattaya 4:0, 1/4 finalda isə Daulet Niyazbəyova (Qazaxıstan) 9:1 hesabıyla qalib gəlmişdi. Hacı Əliyev final görüşünü sabah keçirəcək.

Olimpiya çempionu olmaq üçün Hacı finalda yaponiyalı Takuto Otoquroya qalib gəlməlidir.

SPORTİNFO.AZ

Xəbər Lenti