TOKİO-2020: Hacı və Stadnik yarımfinalda

6 Avqust 2021 08:20 Paris-2024 988
TOKİO-2020: Hacı və Stadnik yarımfinalda

Tokio Olimpiadasında bu gün çıxış edən sərbəst güləşçilərimizdən ikisi yarımfinala yüksəlib. Qadınların yarışında çempionluğa əsas namizədlərdən olan Mariya Stadnik (50 kq) ilk görüşdə Stalvira Orşuşa (Rusiya) qalib gəlib - 11:7.

1/4 finalda Stadnik tunisli Sara Həmdini asanlıqla üstələyərək yarımfinala çıxıb - 10:0.

İndi Mariyanı əsas rəqibi, yaponiyalı Yuyi Susaki ilə "ölüm-dirim" qarşılaşması gözləyir.

Kişi sərbəst güləşçilərin yarışında isə təmsilçilərimizdən Hacı Əliyev (65 kq) yarımfinala vəsiqə qazanıb. O, ilk görüşdə seneqallı Adam Diattaya 4:0, 1/4 finalda isə Daulet Niyazbəyova (Qazaxıstan) 9:1 hesabıyla qalib gəlib.

Yarımfinalda Hacı Hindistan pəhləvanı ilə güləşəcək. Olimpiya çempionumuz Şərif Şərifov isə təəssüf ki, yenə Abdulrəşid Sadullayev səddini aşa bilməyib. Keçən olimpiadanın yarımfinalında və 2 il əvvəlki dünya çempionatının finalında olduğu kimi Şərif yenə 4 qat dünya və Avropa çempionu ilə mübarizədə məğlub olub. Sadullayev finala çıxacağı halda, Şərif təsəlliverici görüşlərdə iştirak hüququ qazanacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti