TOKİO-2020: İki kubalının döyüşündə Azərbaycan qazanacaqmı?

1 Avqust 2021 11:20 Paris-2024 697
TOKİO-2020: İki kubalının döyüşündə Azərbaycan qazanacaqmı?

Tokio Olimpiadasında mübarizəni davam etdirən yeganə boksçumuz Alfonso Dominges bu gün yarımfinal döyüşünə çıxacaq.

Kubalı legioner bu mərhələdə həmyerlisi Arlen Lopeslə qarşılaşacaq.

Döyüş Bakı vaxtı ilə təxminən saat 13:50-də başlayacaq. Alfonso Dominges bu görüşdə uduzsa, bürünc medala layiq görüləcək. Qələbə isə boksçumuzu olimpiya çempionluğuna daha da yaxınlaşdıracaq.

Tokio Olimpiadasında çıxış edən 5 boksçumuzdan 4-ü mübarizəsini medalsız başa vurub.

SPORTİNFO.AZ

Xəbər Lenti