TOKİO-2020: "Gündoğar ölkə"də 7 günə "doğulan" medalımız VİDEOİCMAL

31 İyul 2021 21:00 Paris-2024 1 395
TOKİO-2020: "Gündoğar ölkə"də 7 günə "doğulan" medalımız VİDEOİCMAL

Tokio Olimpiadasının ilk 8 günü arxada qaldı. Bu müddət ərzində Azərbaycanın 26 idmançısı yarışa qoşuldu, onlardan 24-ü çıxışını başa vurdu. Olimpiada ilə vidalaşan təmsilçilərimizdən yalnız cüdoçu İrina Kindzerska bürünc medal qazanmaqla azarkeşləri sevindirdi.

Mübarizəni davam etdirən kubalı boksçumuz Alfonso Dominges isə yarımfinala çıxmaqla özü üçün azı bürünc medalı təmin edib. Qarşıda sonuncu olimpiya həftəsi və starta hazırlaşan 20 idmançımız var.

Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu Azərbaycan təmsilçilərinin olimpiadanın ilk 8 günündə çıxışından bəhs edən videoicmal hazırlayıb.

Xəbər Lenti