TOKİO-2020: Medal üçün bir qələbə

30 İyul 2021 08:40 Paris-2024 1 277
TOKİO-2020: Medal üçün bir qələbə

Tokio Olimpiadasında bu gün cüdo yarışlarına yekun vurulur. Bu növdə mübarizəyə son olaraq ağır çəkili cüdoçular qoşulub. Kişilərin yarışında +100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Uşanqi Kokauri ilk görüşdə Matyaj Sarnaçkiyə qalib gəlib.

Lakin 1/8 finalda braziliyalı Rafael Silvaya uduzan gürcüstanlı legionerimiz çıxışını bitirməli olub. Ən ağır çəkili qadın cüdoçuların yarışında ukraynalı legionerimiz İrina Kindzerska (+78) son medal ümidimiz kimi qiymətləndirilir. İrina hələki ümidləri doğruldur.

İlkin mərhələdən püşk nəticəsində azad olan cüdoçumuz 1/8 finalda Larisa Çeriçə (Bosniya və Herseqovina) ipponls qalib gəlib. 1/4 finalda İrina Cənubi Koreya təmsilçisi Min Jin Xan üzərində də ipponla qələbə qazanıb və yarımfinala yüksəlib.

Burada isə onu yaponiyalı Akira Sone ilə ağır görüş gözləyir. Qələbə həm finala vəsiqə, həm də azı gümüş medal deməkdir. Məğlub olacağı halda isə Kindzerska 3-cü yer uğrunda qarşılaşmaya çıxacaq.

Hər iki variantda bir qələbə cüdoçumuza medal qazandıracaq.

Xatırladaq ki, 9 cüdoçumuzdan 8-i, ümumilikdə isə 22 idmançımız olimpiadanı medalsız başa vurub.

SPORTİNFO.AZ

Xəbər Lenti