asketbol üzrə 19-cu dünya çempionatı iki gündür ki, start götürüb.
Sportinfo.az xəbər verir ki, artıq ilk tur geridə qalıb.
Qonşu Gürcüstan millisi də mundialda iştirak edir. İlias Zurosun rəhbərlik etdiyi kollektiv Kabo-Verde yığmasına qalib gəlib - 85:60.
Bu qələbəyə biganə qalmayanlar arasında "Qarabağ" və Gürcüstan milli komandasının qolkiperi Luka Quqeşaşvili də var.
O, hətta instaqram səhifəsində həmin oyunun hesabını paylaşaraq komanda yoldaşı, Kabo-Verdedən olan Leandro Andradeni də işarələyib.
Filippin, İndoneziya və Yaponiyada keçirilən dünya çempionatında Gürcüstan millisi Kabo-Verde, Sloveniya və Venesuela ilə eyni qrupda mübarizə aparır.