Emil Balayev oynayacağı klubu dəqiqləşdirdi – SON DƏQİQƏ

26 İyun 2020 10:52 Qarabağ 3 199
Emil Balayev oynayacağı klubu dəqiqləşdirdi – SON DƏQİQƏ

Millinin qapıçısı Emil Balayevin yeni klubu müəyyənləşib.

Bu ilin əvvəlində «Tobol»dan «Zirə»yə keçən 26 yaaşlı «əlcək sahibi» yeni sezona «Qarabağ»da başlayacaq.

Sportinfo.az-ın məlumatına görə, artıq onunla Ağdam klubu arasında gedən danışıqlar müsbət yekunlaşıb. Tərəflər bütün müqavilə şərtlərini razılaşdırıb.

2016/17 mövsümünün bir neçə ayını "Qarabağ"da keçirmiş Emil köhnə-yeni klubu ilə 1+1 illik kontrakt imzalayacaq. Hazırda Şəkidə istirahət edən kiper Bakıya dönən kimi rəsmi sözləşməyə imza atacaq.

Ona Qazaxıstan da daxil, ölkə xaricindən bir neçə dəvət gəlmişdi. Lakin bugünədək aldığı təkliflərin heç biri Balayevin ürəyincə olmayıb. Yığmanın «1 nömrə»si iddialı komandanın şərəfini qorumaq istədiyindən, üstünlüyü «Qarabağ»a verib.

Digər Xəbərlər
Xəbər Lenti