“Qarabağ”a razılıq verdi, qiyməti 950 min avro oldu

24 İyun 2020 18:48 Qarabağ 2 383
“Qarabağ”a razılıq verdi, qiyməti 950 min avro oldu

“Zirə”nin qapıçısı Emil Balayevin “Qarabağ”a qayıda biləcəyi haqda ilk xəbər bizə məxsusdur, bunu bilirsiz (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/86557.html).

Sportinfo.az-ın bu məlumatı artıq nüfuzlu “transfermarkt.com”da da öz əksini tapıb.

Sayt Ağdam klubunu millimizin üzvünün yeni komandası kimi göstərib. Onun iyulun 1-dən 2020-21 mövsümünü “Qarabağ”da keçirəcəyi bildirilib. Bununla yanaşı, dünyaca məşhur sayt Emil Balayevin qiymətini 950 min avro olaraq göstərib.

26 yaşlı qolkiper “Zirə” ilə mövsüm sonuna qədər müqavilə imzalamışdı. O, paytaxt klubuna “Tobol”dan qoşulub.

Yığmamızın «1 nömrə»si hazırda Şəkidədir və istirahət edir. İyunun sonuna kimi Bakıya qayıtmalıdır. Və gəlib son sözünü Qurban Qurbanova deməlidir.

Ağdamlıların çalışdırıcısı buna əsasən planlarını bir daha korrektə edəcək və konkretləşdirəcək. Düzdür, Balayev ona söz verib və bildirib ki, Azərbaycanda qalası olsa, seçimi «Qarabağ»dan yana edəcək.

Amma başqa variantları da mvar. Qazıaxıstan da daxil, bir neçə ölkədən təklif alıb və menecerləri şərtləri saf-çürük etməkdədir.

2016-ci ildə «Ayntraxt»dan qayıtdıqdan sonra 6 ay «Qarabağ»ın düşərgəsinldə yer alan, zədə səbəbindən rəsmi matçlarda meydana çıxmayan Balayevə yenə əsas heyət vəd olunmayıb. Bunu biz bir daha xatırladırıq.

Çünki Qurbanov başqa bir qapıçının da alınmasını istəyir. O da legioner olacaq. Azərbaycan çempionu hazırda 3 əcnəbi kiperin namizədliyini nəzərdən keçirir.

Digər Xəbərlər
Xəbər Lenti