Millinin qapıçısı "Qarabağ"a keçməyə razılıq verdi

21 İyun 2020 11:40 Qarabağ 2 726
Millinin qapıçısı "Qarabağ"a keçməyə razılıq verdi

Vaqner da Silva ilə yolları ayıran «Qarabağ» onun yerini kiminlə dolduracağını müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov keçmiş qapıçısını geri qaytarmaq fikrinə düşüb.

Bu, «Zirə» ilə 3 aylıq sözləşməsi artıq başa çatan Emil Balayevdir. Hazırda tərəflər arasında danışıqlar demək olar yekunlaşıb. Millimizin kiperi yenidən Ağdam klubuna dönməyə razılıq verib.

Sadəcə, Qurbanovdan bir müddət vaxt alıb. Məsələ ondadır ki. ona bir neçə xarici ölkədən dəvət var. Bu ilin əvvəlində «Tobol»dan ayrılmış Emilə həm Qazaxıstandan, həm də Avropanın bəzi ölkələrindən təkliflər gəlib.

Gənc «əlcək sahibi»nin birinci fikri legioner həyatı yaşamaqdır. Öncə bu şsanslardan birini dəyərləndirmək istəyən Balayev söz verib ki, Azərbaycanda qalmalı olsa, yalnız «Qarabağ»ın formasını geyinəcək.

«Neftçi»nin yetirməsi 2016-ci ildə «köhlən atlar»ın şərəfini qoruyub. Həmin vaxt bura Frankfurt «Ayntraxt»dan gəlib.

Uzunmüddətli zədəsini yenicə sağaltdığı üçün Ağdam komandasında özünü göstərməyə bir elə imkanı olmadı, İbrahim Şehiçin kölgəsində qaldı. Yəqin ki, bu dəfə əsas heyət üzvü olacaq. Hər halda Şahruddin Məhəmmədəliyevlə rəqabət aparmaq ona çətinlik yaratmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular