Hakan Şükür “Qarabağ”dan danışdı: “Qruplara qalsaydılar...” - VİDEO

3 Sentyabr 2022 00:30 Qarabağ 2 129
Hakan Şükür “Qarabağ”dan danışdı: “Qruplara qalsaydılar...” - VİDEO

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq hücumçusu Hakan Şükür “Qarabağ” barədə danışıb.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan sabiq ulduz futbolçu Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı çıxışına münasibət bildirib.

O, “Qarabağ” yaxşı oynadığını və Filip Ozobiçin pley-off mərhələsində “Viktoriya”ya vurduğu qolu tərifləyib:

““Qarabağ” “Viktoriya” oyununa baxdım və pley-off-dakı mübarizəni uduzmaqlarına üzüldüm. Bir az səhvlər etdilər.

Uduzmaq çox pisdir. “Qarabağ”ın Avropa Liqasında yaxşı yerlərə gələcəyinə inanıram. Filip Ozobiç əla qol vurdu.

Azərbaycan klubunun futbolçusu Toral Bayramovun adının “Qalatasaray”la hallanması səbəbindən onu izlədim. Çox gözəl futbol oynayır və ayaqlarına sahib futbolçudur”.

Hakan Şükür Şahruddin Məhəmmədliyevin səhvindən söz açıb:

“Qapıçının oyuna çox qoşulmadığı anlarda bəzən problemlər olur. Cərimə meydançasının sonuna qədər topa çıxmaq ciddi xətadır.

Ora getdinizsə, topu mütləq tutmalısınız. “Viktoriya”nın çox uzun hədəfləri olmayacaq.

“Qarabağ” qruplara qalsaydı, daha yaxşı olardı. Çünki buna layiq idilər”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan