Qurban Qurbanovdan "Sportinfo"ya YENİ TRANSFER AÇIQLAMASI

5 Noyabr 2021 15:00 Qarabağ 6 275
Qurban Qurbanovdan "Sportinfo"ya YENİ TRANSFER AÇIQLAMASI

“Bəli, bir neçə transfer etməyimiz mümkündür. Onsuz da, futbolçu axtarışlarımız ilboyu davam edir”.

Qazaxıstanda “Kayrat” üzərində 2:1 hesablı qələbəyə sevinən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sportinfo.az-ın əməkdaşı ilə söhbətdə qış fasiləsindəki transfer planları haqda danışıb.

Dövrələrarası dönəmdə yaxşı futbolçu tapmağın çətinliyi hər kəsə məlumdur. Tələbat yüksək olan oyunçuların klubları ilə müqaviləsi olur ki, belələrini heyətə qatmaq heç də asan deyil.

Halbuki, pley-offa yüksələn “Qarabağ” mümkün qədər irəliləmək üçün mütləq və mütləq güclənməlidir. Əks halda bir neçə cəbhədə mübarizə aparmaq çətin olacaq.

Qurban bəy yaxın günlərdə bu yöndə işləri sürətləndirəcəyini bildirib:

“Bu işə sabahdan başlamaq mümkün olmayacaq. Çünki iki gündən sonra “Sumqayıt”la çox vacib oyunumuz var.

Çempionatda millinin matçları ilə əlaqədar fasilə yaranacaq. Ola bilsin, həmin vaxt işimizi bir az sürətləndirək”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti