Braziliyalı hücumçudan “Qarabağ” üçün… FOTOREPORTAJ

14 Avqust 2023 09:00 Qarabağ 1 571
Braziliyalı hücumçudan “Qarabağ” üçün… FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, son çempion “Qarabağ” “Turan Tovuz”u sınağa çəkib.

Açılış turunda ağdamlılar gözlənilmədən “Zirə”yə məğlub olmuşdularsa, Tovuz təmsilçisi “Araz-Naxçıvan”ı üstələmişdi.

Qurban Qurbanovun kollektivi bu dəfə sensasiyaya imkan verməyib. Matçda hesabı 30-cu dəqiqədə Juninyo açıb.

66-cı dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra bu dəfə Adama Diakabi adını tabloya yazdırıb.

Bu, həm də qarşılaşmada son qol olub və “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla son çempion cari mövsümdə ilk qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU