AFFA Premyer Liqanın gələcəyi ilə bağlı bu qərarı verdi – SON!

1 Dekabr 2020 19:00 Premyerliqa 1 900
AFFA Premyer Liqanın gələcəyi ilə bağlı bu qərarı verdi – SON!

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın açııqlamasına görə, son sutkada 41 nəfər “COVID-19”dan vəfat edib.

Bu, yeni rekord göstərici deməkdir. Və daha 3-4 gün belə davam edərsə, xəstə sayı 5000-i keçəcək. Yaranmış duruma rəğmən, AFFA Premyer Liqanı dayandırmağa hazırlaşmır.

Sportinfo.az-ın məlumatına görə, federasiya artıq bununla bağlı klubları şifahi bilgiləndirib. Qurum UEFA-nın təlimatına əsasən, çempionata qeyri-müəyyən müddət ara verilməsinin mümkün olmadığını bildirib.

Belə ki, Avropa futbol təşkilati koronavirusun yayılma səviyyəsindən və ölkələrin hansı təhlükə zonasında yer almasından asılı olmayaraq, daxili yarışların davam etdirilməsinə dair yerli assosiasiyalara tapşırıq verib.

Odur ki, Premyer Liqanın qarşıdakı 3 turu keçirilməsi mütləqdir və qış fasiləsi dekabrın 20-də – əvvəlcədən təyin edilmiş vaxtda elan olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"