Premyenr Liqa üçün birdən-birə İKİ SPONSOR!

22 Oktyabr 2020 12:44 Premyerliqa 1 127
Premyenr Liqa üçün birdən-birə İKİ SPONSOR!

Azərbaycan Premyer Liqasının yeni titul sponsoru Türkiyədən ola bilər.

Sportinfo.az-ın məlumatına görə, «İddia» AFFA və Peşəkar Futbol Liqasına əməkdaşlıq təklif edib.

Qardaş ölkənin qanuni mərc oyunları şəbəkəsi Premyer Liqamızın inkişafına dəstək vermək niyyətindədir. Təkliflər paketi artıq masanın üzərindədir. «İddia» maliyyə şərtlərini yerli-yataqlı müzakirə etməyə hazır olduğunu da açıqlayıb.

Sözügedən türk brendi yeganə iddialı deyil. AFFA və PFL həmçinin Azərbaycanda fəaliyyət göstərən böyük holdinqlərdən biri ilə danışıqlar aparır.

Görüşmələrin nəticələrinə ilin sonunadək aydınlıq gəlməsi gözlənilir.

Premyer Liqanın indiyədək 2 sponsoru olub. «Unibank» və «Topaz». Sonuncular ötən ilin yayında maliyyə dəstəyini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"