İki klubumuz Türkiyədə

8 Yanvar 2020 10:48 Premyerliqa 598
İki klubumuz Türkiyədə

Qış təlim-məşq toplanışını Türkiyədə keçəcək Azərbycan klublarından 2-si - "Sabah" və "Zirə" bu gün yola düşüb.

Sportinfo.az xəbər verir ki, qardaş ölkənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək klublar bir neçə yoxlama görüşündə qüvvələrini sınayacaq.

"Sabah" klubu Macarıstanın "Pakş" (11 yanvar), Rumıniyanın "Akademika Klinçeni" (15 yanvar) və Qazaxıstan "Kaysar"ı (19 yanvar) ilə üz-üzə gələcək. "Sabah"ın Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirilməsi də planlaşdırılır. Lakin hələlik həmin rəqibin kimliyi məlum deyil.

"Zirə" klubu isə təlim-məşq toplanışı çərçivəsində Türkiyənin "Ümraniyespor" (11 yanvar), Rumıniyanın "Sepsi" (16 yanvar) və Serbiyanın "Napredak" (21 yanvar) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, həm "Zirə", həm də "Sabah" klubu Bakıya yanvarın 22-də qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"