"300 min dollarım yoxa çıxıb" - Azərbaycan futbolunda növbəti rəzalət!

6 Yanvar 2020 14:46 Premyerliqa 3 531
"300 min dollarım yoxa çıxıb" - Azərbaycan futbolunda növbəti rəzalət!

Ötən mövsümün sonunda "Keşlə"dən ayrılan və Braziliyada "San-Kaetano"ya keçən Denis Silva Azərbaycanın rəsmi dövlət qurumlarına şikayət ünvanlayıb.

Sportinfo.az-ın məlumatına görə, 33 yaşlı legioner ölkəmizdə çıxış etdiyi 11 il ərzində dəfələrlə fırıldağa məruz qaldığını və müqavilə şərtlərinin yerinə yetirillmədiyini açıqlayıb.

"San Kaetano" Paulista ştatının A-2 seriyasında çıxış edir. 3 qat Azərbaycan çempionu olan Denis 4 dəfə ölkə kubokunu da qazanıb.

Müxtəlif vaxtlarda "Xəzər Lənkəran", "Neftçi" və "Keşlə"nin formasını geyinən «sambaçı» məktubunda göstərib ki, bu illər ərzində üst-üstə 300 min dollara yaxın pulu ödənilməyib.

Denis ən çox "Xəzər Lənkəran"ın şərəfini qoruduğu 2008-2010-cu illər aralığında müqavilə üzrə ona çatacaq vəsaiti ala bilmədiyini ərizəsində qeyd edib.

Braziliyalının çoxsaylı şikayət məktubları baxılması və araşdırılması üçün AFFA-ya göndərilib. Federasiya mənsubları bundan sonra Denis Silva ilə əlaqə yaradıb, problemin öyrənilməsi və həllinə çalıcaşaqlarına söz veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"