"Sabah" - "Neftçi" oyununun vaxtı dəyişdirildi - İLİN SON TURU

2 Dekabr 2019 13:11 Premyerliqa 1 621
"Sabah" - "Neftçi" oyununun vaxtı dəyişdirildi - İLİN SON TURU

Premyer Liqada XIV turun oyun cədvəli məlum olub.

Sportinfo.az xəbər verir ki, 2 günü əhatə edəcək turun "Zirə" – "Səbail" görüşü Peşəkar Futbol Liqasının rəsmi "youtube" kanalından, digərləri isə “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

6 dekabr (cümə)

“Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

8 dekabr (bazar)

“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 17:00

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”, 15:00

Qeyd edək ki, “Sabah”ın müraciəti, “Neftçi”nin razılığı ilə “Sabah” – “Neftçi” oyunu dekabr 7-dən 8-nə keçirilib.

"Sabah"dan saytımıza verilən məlumata görə, buna səbəb komandanın dekabrın 4-də ölkə kubokunun 1/8 final mərhələsində "Ağsu" ilə qarşılaşmasıdır. Çempionat görüşünə vaxt az qaldığından məşqçilər korpusunun istəyi ilə klub rəhbərliyi PFL və "Neftçi"yə müraciət edib, müsbət cavab alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"