"Qarabağ" 5 qolla 11-ci dəfə çempion oldu, “Neftçi” Qəbələdə istəyinə çatdı

29 Mart 20:52 Premyerliqa 812
"Qarabağ" 5 qolla 11-ci dəfə çempion oldu, “Neftçi” Qəbələdə istəyinə çatdı

Bu gün Premyer Liqada 28-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub.

Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib.

Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb. Nəticədə "Qarabağ" son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart

16:30. "Qəbələ" – "Neftçi" 0:1

Qol: Kilan Lebon 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k)19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 23. Ataa Caber, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

19:00. "Kəpəz" – "Qarabağ" 1:6

Qollar: Latir Fal 90 // Julio Romao 21), Olavio Juninyo 52, 56, Abbas Hüseynov 64, Elvin Cəfərquliyev 69, Redon Cica 88
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu

"Kəpəz": 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

"Qarabağ": 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"