“Neftçi” ilə qarşılaşma onlara 1000 manata başa gəldi

13 Mart 09:00 Premyerliqa 476
“Neftçi” ilə qarşılaşma onlara 1000 manata başa gəldi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilmiş iclasda aşağıdakı qərarlar qəbul edilib:

09.03.2024-cü il tarixində Premyer Liqada XXVI turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

10.03.2024-cü il tarixində Premyer Liqada XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

10.03.2024-cü il tarixində Premyer Liqada XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);

10.03.2024-cü il tarixində Premyer Liqada XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 3000 manat cərimə edilir (maddə 43.3);

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"