İki klubun yaratdığı yeni "cəbhə" - PREMYER LİQAMIZDA

6 Fevral 2023 21:00 Premyerliqa 587
İki klubun yaratdığı yeni "cəbhə" - PREMYER LİQAMIZDA

Azərbaycan Premyer Liqasında mövsüm sürətlə davam edir. Təbii ki, sürətli keçməsi birbaşa olaraq gərgin və maraqlı keçməsindən irəli gəlir.

Arxada qalan 21 turda artıq iki cəbhə formalaşıb – İlk və ikinci “beşlik”. Əslində bu mənzərə startdan bir qədər sonra gözlər önündə canlanmağa başlayıb.

Amma bu kənardan belə görünür.

Bir qədər diqqəti artırsaq, görərik ki, hətta 3 cəbhə yaranıb.

Söhbət ilk “beşlik”də yaranmış vəziyyətdən gedir.

Belə ki, burada da yeni iki cəbhənin formalaşmasına şahidlik edirik.

“Qarabağ”ın Gəncə səfərindəki xal itkisi “Sabah” və “Neftçi”ni ümidləndirməsi ilk “üçlük”də mübarizəni nisbətən alovlandırmış oldu.

Masazır təmsilçisi hər keçən tur ağdamlıları lider kürsüsündə narahat etməyə davam edir.

“Ağ qaralar” isə liderə narahatlıq verəcək durumda olmasa da, Murad Musayevin komandasına rahatlıq vermək vermək fikrində olmadığı görünür.

Burada daha amansız mübarizə uyğun olaraq 4 və 5-ci pillələrdə qərar tutan “Zirə” ilə “Qəbələ” arasında gedir.

Cari turda tərəflər arasında baş tutan görüşdən bu xəmirin hələ çox su aparacığına mesaj aldığımızı demək olar.

Zirədə keçirlən matç 2-2 hesablı bərabərliklə başa çatdı.

4 qolun vurulduğu qarşılaşma izləyənlərə böyük zövq verdi. 90 dəqiqə gərgin keçən matç qarşılıqlı qollar, hücumlarla yadda qaldı.

Gah qonaqlar hesabda irəli çıxdı, gah da meydan sahibləri. Amma sonda bərabərliyə razılaşmalı oldular. Halbuki hər iki tərəfin də qələbə qazanmaq imkanları yetəri qədər vardı.

Aradakı xal fərqi 5-də qaldı. Lakin “Zirə”nin sona qədər 4-də qalacağına zəmanət vermək olmaz.

Qarşılaşmadakı kimi, turnir cədvəlində də hər an tərəflərdən biri digərin qabaqlaya bilər. Düzdü, bu, yazıldığı qədər asan deyil, ancaq mümkündür.

Unutmaq olmaz ki, növbəti duel Qəbələdə reallaşacaq. Yəqin ki, bir çox suallara da onda aydınlıq gələcək.

Ona kimi nələ olacaq, nələr dəyişəcək, komandaların son durumlarının necə olacaq demək çətindir.

O dəqiqdir ki, hələ 8 tur var. Deməli, maraqlı mübarizəyə şahidlik etməyə dəyər...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"