Arxayınlıq, yoxsa cəsarət? – Turun senssasiyasına baxış

7 Dekabr 2022 17:00 Premyerliqa 499
Arxayınlıq, yoxsa cəsarət? – Turun senssasiyasına baxış

Premyer Liqanın 16-cı turunun surpriz nəticəsi Masazırda qeydə alındı.

Doğma meydanda “Şamaxı”nı qəbul edən “Sabah” vacib xal itkisinə uğradı – 1:1.

Əslində meydan sahibləri matça inamlı başlamışdı. Artıq ikinci dəqiqədə komanda Kristian Sebalyosunun əla zərbəsi ilə önə keçdi. Yəqin ki, mənim kimi, əksəriyyətin ağlından bakılıların darmadağınla qələbə qazanacağı ehtimalı keçdi.

Erkən qol öz yerində, ardınca davamlı hücumlar, real qol epizodları da bundan xəbər verirdi. Amma birandaca vəziyyət 180 dərəcə dəyişdi.

Belə ki, 24-cü dəqiqədə matçdakı yeganə qolun müəllifi olan ispaniyalı adi vəziyyətdə rəqib futbolçuya qarşı idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün meydandan qovuldu.

Bundan sonra belə üstünlüyün bütünlüklə qonaqlara keçdiyini demək olmaz. Amma təbii olaraq “Şirlər” daha rahat oynamağa başladılar.

Lakin yenə ardıcıl qol imkanları Murad Musayevin yetirmələrinin tərəfində olurdu. Sadəcə Rəşad Əzizli həmin gün keçilməz idi. Əks halda azlıqda qalan “Sabah” belə böyükhesabla qələbə qazana bilərdi.

Əksəriyyət düşünür ki, startdakı qol, ardıcıl qol epizodları “tələbələr”də arxayınçılıq yaratdı və sonu da xal itkisi ilə nəticələndi. Doğru diaqnozdur. Bu məqamın xal itkisində az rolu oynamadı. Amma tam da buna görə olmadı.

Məncə, ən azı meydan sahiblərindəki arxayınlıq hiss qədər qonaq futbolçulardakı cəsarət də xüsusi vurğulanmalıdır.

Çünki komanda 75-ci dəqiqədə Elçin Mustafayevin qırmızı vərəqə alması ilə meydandakı say üstünlüyünun bərabərləşmiş oldu. Belədə hətta çempionluq yarışında adı hallanan kollektivə səfərdə minimal hesablı məğlubiyyət normal qarşılanacaqdı. Nəzərə alaq ki, Vüqar Əsgərlinin yetirmələrinə heç say üstünlüyünə sahib olduğu 50 dəqiqə ərzində belə rəqibindən üstün oynamaq müəssər olmadı. O ki qalmışdı, meydanda itkilər eyniləşəndə nəsə əldə etmək mümkün olsun.

Amma “Şamaxı” güclü rəqib önündə və 88-ci dəqiqədə özündə güc taparaq hücuma çıxdı, qol vurdu.

Bu qol həm də həmin cəsarətin göstəricisi idi. Meydanda nə təcrübəli Elvim Məmmədov, nə də Adil Nağıyevin yoxluğunda büsbütün təcrübəsiz və əksəriyyəti gənclərdən ibarət heyətin bu cəsarətinə, sadəcə, xoş sözlər düşür.

Mütləq ki, güclü rəqib qarşısındakı qələbəyə bərabər bərabərlik növbəti matçlarda “Şamaxı”lıların cəsarətini bir qədər də artırmış olacaq. Digər iddialı rəqiblər üçün də, bu, həyəcan siqnalı sayıla bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"