“Sabah” Şamaxıda qalib gəldi, "Kəpəz" Sumqayıt səfərində bir xala sevindi - YENİLƏNİB

2 Oktyabr 2022 19:55 Premyerliqa 1 160
“Sabah” Şamaxıda qalib gəldi, "Kəpəz" Sumqayıt səfərində bir xala sevindi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

"Şamaxı" evdə "Sabah"ı qəbul edəcək. Paytax təmsilçisi 16 xalla üçüncü, bölgə klubu iki xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 5-də meydan sahibləri, 4-də qonaqlar 3 xal qazanıb. Topların nisbətində də "Şamaxı" üstündür - 16:14.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı kollektivi "Kəpəz"lə üz-üzə gələcək. Hazırda 3 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür.

Tərəflər indiyədək Premyer Liqada 20 dəfə qarşılaşıblar. 8 dəfə "gənclik şəhəri" təmsilçisi, 5 dəfə Gəncə klubu qalib gəlib. Topların nisbətində də "Sumqayıt" öndədir - 28:22.

Turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.

2 oktyabr (bazar)

15:30. “Şamaxı” – “Sabah” 0:1

Qol: Abdulaye Ba, 90+1
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli
“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

18:00. “Sumqayıt” – “Kəpəz” 0-0
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov

"Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 12. Todor Todoroski

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov

“Kəpəz”: 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 8. Tural Axundov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze

“Kapital Bank Arena”

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"