Sifariş "iyi" gələn transferlə bağlı RƏSMİ AÇIQLAMA

23 Sentyabr 2022 23:00 Premyerliqa 1 229
Sifariş "iyi" gələn transferlə bağlı RƏSMİ AÇIQLAMA

"Kəpəz"də Rinat Quseynov adlı futbolçunun yoxlanışda olmasını həftələr əvvəl məlumat vermişdik.

Artıq futbolçu ilə müqavilə də imzalanıb. Tərlan Əhmədovun komandaya gəlişindən sonra bu barədə qərar verilib.

Hətta oyunçu Premyer Liqanın son iki turundakı "Turan Tovuz" və "Şamaxı"ya qarşı oyunlarda ehtiyat skamiyada yer alıb.

Amma nə hikmətdirsə, bölgə klubu legioner futbolçunun transferini ictimaiyyətə açıqlamayıb.

“Amkar” yetirməsi olan müdafiəçinin sonuncu klubu Rusiya “Zvezda”sı olub.

Bu, Rinatın heyətinə qoşulduğu ilk Azərbaycan klubu deyil. Belə ki, daha əvvəl l“Şamaxı”nın düşərgəsində yoxlanışda olmuş, ancaq baş məşqçi Cavid Hüseynov komandada qalmasına razılıq verməmişdi.

Bir neçə il əvvəl isə Renat “Qarabağ”a təklif olunsa da, transfer baş tutmamışdı.

Görünür, kimlərsə nə vasitə ilə olsa da onu Azərbaycan klublarından birinin sıralarına qatmaqda maraqlıdır.

Və bu klub sonda “Kəpəz” oldu. Olmuya, onun səssiz-səmirsiz transfer edilməsi də elə sifarişlə bağlıdır?

Məsələ ilə bağlı saytımıza açıqlama verən bölgə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bunları deyib:

“Heç bir gizlətməkdən, sifarişdən söhbət gedə bilməz. Əgər elə olsaydı, heç onun yoxlanışda olmasını da mətbuata açıqlamazdıq.

Sadəcə, Rinatın transferi reallaşdığı dönəm Yaşar müəllim istefa verdi və Tərlan Əhmədovun təyinatı rəsmiləşdi.

Bir qədər başımız işə çox qarışdı. Təqdimatı olmadan sifariş etdik. Başqa nəsə səbəb yoxdur.

Quseynov komandamızın üzvüdür. Və onunla mövsümün sonuna kimi müqavilə imzalanıb”

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"