"Zirə" son dəqiqə qolu ilə “Kəpəz”ə qalib gəldi

5 Avqust 2022 21:30 Premyerliqa 1 494
"Zirə" son dəqiqə qolu ilə “Kəpəz”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında keçirilib.

Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə qonaqlardan Məhəmməd Həmdui açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə "Kəpəz"in yeni transferi Mixeil Ergemlidze tarazlığı bərpa edib.

83-cü dəqiqədə "qartallar"dan Dmitrios Çantakias birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan başqa, 87-ci dəqiqədə Gəncə təmsilçisinin vurduğu qol Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan VAR sisteminə baxıldıqdan sonra ləğv olunub.

Videotəkrar sistemi Ergemlidzenin dubl etdiyi epizodda ofsayd qeydə alıb. Matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Sertan Taşkın "Zirə"nin qələbə qolunu vurub.

Bu nəticədən sonra "Zirə" 3 xalla birinci pilləyə yüksəlib, "Kəpəz"in isə xalı yoxdur.

5 avqust

"Kəpəz" – "Zirə" 1:2
Qollar: M.Erqemlidze, 45+1 - M.Hamdaui, 32. S.Taşkın, 90+4.
Qırmızı vərəqə: D.Çantakias, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.

Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Digər Xəbərlər
Xəbər Lenti