Premyer Liqanın uğurlu və uğursuz legionerlərinin “11-liy”i - “Neftçi” "öndə"

5 Yanvar 2022 11:00 Premyerliqa 1 517
Premyer Liqanın uğurlu və uğursuz legionerlərinin “11-liy”i -  “Neftçi” "öndə"

Sportinfo.az xəbər verir ki, apasport.az mövsümün ilk yarısının “ən”ləri ilə bağlı versiyalarını oxucularla bölüşməkdə davam edir.

Bu dəfə geridə qalan 14 tura əsasən ən uğurlu və uğursuz əcnəbi futbolçulardan ibarət simvolik “11-liy”i hazırladıq.

Uğurlulardan ibarət komandanın qapıçısız olması təsadüfi deyil.

Çünki Peşəkar Futbol Liqasında cəmi 3 əcnəbi qolkiper - Saşa Stamenkoviç (“Sabah”), Stanislav Namaşko (“Keşlə”) və Kristof Atanqana (“Qəbələ”) qeydiyyatdan keçib ki, onlardan ilk ikisi uğursuz nəticələrlə yadda qalıbsa, sonuncu heç meydana çıxmayıb. Bu səbəbdən ilk iki dövrənin ən yaxşı əcnəbiləri 10 nəfərlik heyətlə qurulub.

Uğursuzlardan ibarət “11-liy”ə isə namizəd kifayət qədər idi. Bu üzdən onlar arasında seçim etmək o qədər də asan olmadı.

Ən uğurlu “11-lik”:
Qapıçı:
Heç kim
Müdafiəçilər: Kevin Medina (“Qarabağ”), Ruan Renato (“Qəbələ”), Nemanya Andelkoviç (“Zirə”);
Yarımmüdafiəçilər: Patrik Andrade (“Qarabağ”), Rafael Utriq, İsnik Alimi (“Qəbələ”), Felipe Santos (“Keşlə”);
Hücumçular: Abdullah Zubir (“Qarabağ”), Coy-Lens Mikels (“Sabah”), Davit Volkov (“Zirə”).

Ən uğursuz “11-lik”:
Qapıçı:
Saşa Stamenkoviç (“Sabah”);
Müdafiəçilər: Mamadu Mbodj, Romen Bask, Uqo Basto (hamısı “Neftçi”), Miyuşko Boyoviç (“Keşlə”);
Yarımmüdafiəçilər: Qaspar Panadero (“Qarabağ”), Harramiz Soareş (“Neftçi”), Omar Quidiabi (“Keşlə”);
Hücumçular: Xulio Sezar Rodriges, Mixeil Erqemlidze (hər ikisi “Sabah”), Velves Santos (“Zirə”).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"