"Qəbələ" doğma məkanda çətin qələbə qazandı - Yenilənib

21 Noyabr 2021 17:51 Premyerliqa 991
"Qəbələ" doğma məkanda çətin qələbə qazandı - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.

“Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Hər iki komanda bir gün öncə itirdiyi mövqeyini qaytarmaq üçün mübarizə aparıb.

Matçın ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra ev sahibləri üç dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət edib.

“Gənclik şəhəri” təmsilçisi sona 10 dəqiqə qalmış fərqi minimuma endirsə də, kapitan Vurğun Hüseynovun qırmızı vərəqə alması bərabərlik ümidinin üstündən xətt çəkib.

Qələbə sayəsində “qırmızı-qaralar” 2-ci pillədəki mövqeyini bir qədər möhkəmlədib. “Sumqayıt” isə 6-cı yerə düşüb.

Turun əvvəlki oyunlarında “Qarabağ” “Keşlə”ni 1:0, “Zirə” “Səbail”i 3:1, “Sabah” “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

21 noyabr
“Qəbələ” – “Sumqayıt” - 2:1
Qollar:
Ülvi İsgəndərov, 65, Rafael Utziq, 67 - Höccət Haqverdi, 80
Qırmızı vərəqə: Vurğun Hüseynov, 84
Baş hakim: Rəşad Əhmədov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 30. Nəbi Məmmədov, 2. Dmitro Nağıyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev, 98. Emil Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Qəbələ şəhər stadionu

1

Qarabağ

11

8

2

1

23-7

26

2

Qəbələ

11

6

3

2

20-12

21

3

Zirə

11

5

4

2

18-12

19

4

Neftçi

11

5

2

4

19-18

17

5

Sabah

11

3

2

6

14-17

11

6

Sumqayıt

11

3

2

6

8-14

11

7

Keşlə

11

3

1

7

11-19

10

8

Səbail

11

3

0

8

9-23

9

Bombardirlər: Davit Volkov (“Zirə”) - 9 qol, Filip Ozobiç (“Qarabağ”) - 6 qol.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"