Baş məşqçilərindən 16 futbolçuya XÜSUSİ XƏBƏRDARLIQ! -

19 Noyabr 2021 16:40 Premyerliqa 824
Baş məşqçilərindən 16 futbolçuya XÜSUSİ XƏBƏRDARLIQ! -

Azərbaycan Premyer Liqasının 11-ci turu 3 günü əhatə edəcək.

Bu həftəsonu yeddi futbolçu və iki baş məşqçi üçün xoşagəlməz olacaq.

Söhbət sarı və qırmızı vərəqələr ucbatından meydana çıxmaqdan məhrum olanlardan gedir.

Bu mənada əsas zərbə “Səbail”ə dəyib.

Aftandil Hacıyev texniki zonadan qovulduğu üçün oyuna tribunadan baxacaqsa, əsas heyət üzləri sayılan iki legioner öncəki turlarda aldığı “qırmızılar” səbəbindən oyunda iştirak etməkdən məhrumdur. Bunlar Nikolas Raysellə Yurgen Qoxadır.

Samir Abasov da “Sabah”la önəmli görüşdə texniki zonaya ayaq basa bilməyəcək.

“Qarabağ”dan Filip Ozobiç, “Keşlə”dən Şəhriyar Əliyev, “Qəbələ”dən Ehtiram Şahverdiyev, “Sabah”dan Xuan Kamara, “Sumqayıt”dan Murad Xaçayev 11-ci turda iştirak edə bilməyəcəklər.

16 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu həftəsonu ehtiyatlı davranmağa məcburdur. Xüsusən də, “Neftçi”nin aparıcı futbolçuları.

Bunlar “Neftçi”dən Mamadu Kane, Xəyal Nəcəfov, Mert Çelik və Mamadu Mboc, “Keşlə”dən Tərlan Quliyevlə Sadio Tounkara, “Səbail”dən Adil Nağıyevlə Rauf Əliyev, “Zirə”dən Georgi Stoilov, Qismət Alıyev və Təmkin Xəlilzadə, “Qəbələ”dən İsnik Alimi ilə Stefan Vukçeviç, “Sumqayıt”dan Vüqar Mustafayev, “Sabah”dan Zurab Oçiqava ilə Tiemoko Fofanadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"