“Qarabağ”lı Nigeriyaya qarşı necə oynadı? - VİDEO

18 Noyabr 2021 01:10 Premyerliqa 558
“Qarabağ”lı Nigeriyaya qarşı necə oynadı? - VİDEO

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, o, DÇ-2022-nin Afrika üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya ilə oyunun iştirakçısı olub.

Kabo-Verde yığması səfərdə baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. “Qarabağ”ın futbolçusu start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəz edilib.

Kabo-Verde yığması qrup mərhələsini 11 xalla 2-ci yerdə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"