“Qarabağ”a gələn: “Burada gördüklərim məni heyrətləndirib”

27 İyun 2021 19:20 Premyerliqa 1 333
“Qarabağ”a gələn: “Burada gördüklərim məni heyrətləndirib”

"Ümid edirəm ki, burada olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın yeni transferi Kadi Yuri Borqes Malinovski dilə gətirib.

Yaxınlarda “köhlən atlılar”la 2+1 illik müqavilə imzalayan braziliyalı yarımmüdafiəçi

hazırda əsas fikrini məşqlərə yönəltdiyini və bu səbəbdən Bakı şəhərini gəzməyə fürsətinin olmadığını bildirib:

“Burada gördüklərim məni heyrətləndirib. Hündürmərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"