"Siz bu futbolçunu transfer edə bilməzsiz" – AFFA-DAN TAPŞIRIQ

4 May 2021 19:00 Premyerliqa 1 500
"Siz bu futbolçunu transfer edə bilməzsiz" – AFFA-DAN TAPŞIRIQ

AFFA-dan maliyyələşən klublara yeni qadağa qoyulub.

Premyer Liqa təmsilçilərinə edilən xəbərdarlıq Pavel Paşayevlə bağlıdır.

Elita komandalarına hazırda Ukraynada çıxışını davam etdirən müdafiəçi ilə danışıqlar aparmamaq tapşırılıb.

Millinin keçmiş üzvü «Aleksandriya»nın formasını geyinir. Onun yerli Premyer Liqa klubu ilə müqaviləsi gələn ay başa çatır.

Canni De Byazinin təyinatından sonra yığma üzünə həsrət qalan Paşayevin bu cür münasibətlə üzləşməsi təsadüfi deyil – AFFA rəsmiləri ilə mübahisə düşüb.

Hadisə millinin oyunlarından biri zamanı baş verib. Odur-budur, arada inciklik qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"