AFFA bu klubların pulunu verə bilmir

29 Aprel 2021 17:40 Premyerliqa 886
AFFA bu klubların pulunu verə bilmir

AFFA problemlə üzləşib. Belə ki, federasiya

Premyer Liqanın 3 klubu qarşısında götürdüyü əlavə yardım paketinin tələblərini yerinə yetirməkdə çətinlik çəkir.

Məlum olduğu kimi, qurumun İcraiyyə Komitəsi ötən ilin yayında «Sumqayıt», «Zirə» və «Səbail»ə maddi dəstəyin verilməsini qərara alıb.

Buna əsasən, «Zirə»yə 500 min, «Sumqayıt»a 300 min, «Səbail»ə 200 min manat ayrılıb. Göstərilən məbləğ aylar üzrə bölünərək, elita təmsilçilərinin hesabına köçürülürdü.

İndi isə prosesin tənzimlənməsində fasilə yaranıb və bunun nə qədər belə davam edəcəyi naməlumdur. «Sumqayıt» və «Səbail» rəsmiləri problemlə bağlı AFFA ilə əlaqə saxlayıb, lakin konkret cavab almayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"