“Neftçi” AĞIR VƏZİYYƏTlə üzləşdi – Başqalarına baxanda

15 Fevral 2021 16:40 Premyerliqa 1 280
“Neftçi” AĞIR VƏZİYYƏTlə üzləşdi – Başqalarına baxanda

Premyer Liqanın XVI turunun cəza səbəbindən 9 futbolçu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu oyunçular XV turun matçlarından sonra cəzalı duruma düşən futbolçulardır.

Onlardan altısı qırmızı vərəqə aldığından, üçü sarı vərəqə sayını 4-ə çatdırdığı üçün cəzalanıb. Ən böyük itki ilə “Neftçi” üzləşib.

“Qarabağ”la matçda qırmızı vərəqə alan Mamadu Kane, Ömər Buludov və Voislav Stankoviç “Qəbələ”yə qarşı oynamayacaq. Anton Krivotsyuk isə 4-cü xəbərdarlıq səbəbindən turu buraxacaq

“Səbail”də üç cəzalı oyunçu var. Kamran Ağayevlə Peyman Keşavarz qırmızı “Sumqayıt”la matçda qırmızı vərəqə alıbsa, Rauf Əliyev 4-cü dəfə xəbərdarlıq görüb. Onlar “Sabah”la ev qarşılaşmasından kənar qalacaq.

Həmin görüşdə Filip İvanoviç də şans qazanmayacaq. “Sabah”ın legioneri 4-cü sarı vərəqəsini “Zirə” ilə qarşılaşmada alıb.

“Sumqayıt”ın qonağı olacaq “Qarabağ”da da itki var. “Neftçi” ilə matçda qırmızı vərəqə alan Kevin Medina da ən azı bir oyunluq cəzalanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"