“Neftçi”dən 1 manatlıq satış

15 Dekabr 2019 20:00 Neftçi 773
“Neftçi”dən 1 manatlıq satış

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

“Neftçi” - “Sumqayıt” matçına saat 18:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti