"Neftçi"də "samba" - FOTOLAR

5 May 2022 09:00 Neftçi 562
"Neftçi"də "samba" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.

17-ci dəqiqədə Cəmaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub.

63-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Anatoli Nuriyev Dmitri Nağıyevi əvəzləyərək, "gənclik şəhəri" təmsilçisində debüt edib. 72-ci dəqiqədə isə Tellur Mütəllimov zədələnərək meydanı tərk edib. Onun əvəzinə meydana Elvin Məmmədov daxil olub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan "Sumqayıt" isə 15 xalla 7-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti